Bayden 73 dəqiqəlik çıxışında bir dəfə də Rusiyanın adını çəkmədi –"Biz NATO-nu birləşdirdik"

“Biz NATO-nu birləşdirdik və qlobal koalisiya yaratdıq. Biz Putinin təcavüzünə qarşı çıxdıq”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden Konqresdə ölkədəki vəziyyətə dair illik çıxışında bildirib.

Prezident bildirib ki, “biz Ukrayna xalqı ilə bir cərgədə durduq”.

Bayden öz çıxışında bir dəfə də olsun Rusiyanın adını çəkməyib. 73 dəqiqəlik çıxışı zamanı Bayden cəmi 4 dəfə Putinin adını çəkib və “putin müharibəsi” kimi qeyd edib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin fevralında Bayden Putinin adını 30 dəfə çəkmişdi.

ABŞ prezidenti çıxışında administrasiyasının nailiyyətlərini sadalayıb.

Bayden vurğulayıb ki, pandemiyaya baxmayaraq ABŞ-da ötən il rekord sayda -12 milyon iş yeri yaradılıb. Prezident bildirib ki, “COVİD artıq həyatımıza nəzarət etmir”. Bayden bildirib ki, ABŞ böhrandan güclü çıxan yeanə ölkədir.

Prezidentin sözlərinə görə, son iki ildə 300 sənəd imzalayıb.

Əvvəlki məqalə

Zelenski Britaniya kralı ilə görüşdü –

Sonrakı məqalə

Avropa İttifaqı Türkiyə və Suriya üçün donorlar konfransı təşkil edəcək