Bayden bəşəriyyəti təhdid edən 2 təhlükənin adını açıqladı

 “Nüvə silahları və iqlim dəyişikliyi bəşəriyyət üçün yeganə təhdiddir”.

Bunu ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla birgə çıxışı zamanı deyib.

“Biz dünyada zərərli tullantıların sıfıra endirilməsini sürətləndirmək üçün birlikdə işləyirik. Bu, bəşəriyyət üçün ekzistensial təhlükədir, əgər iqlim dəyişikliyi ilə bağlı bir şey etməsək, nüvə silahlarının yanında bəşəriyyət üçün yeganə ekzistensial təhlükə budur.”- deyə Bayden bildirib.

Ağ Evin rəhbəri həmçinin hazırda iqlim dəyişikliyi təhlükəsinin yalnız gücləndiyini bildirib.

Əvvəlki məqalə

Türk astronavtı Tuva Cihangir Atasevər kosmosdan yerə qayıdıb

Sonrakı məqalə

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq olundu