Bayden Çin Sədri ilə telefonla danışacaq

ABŞ prezidenti Co Bayden Çin Sədri Si Cinpinlə telefon danışığı aparacaq.

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Onun sözlərinə görə, hələlik konkret planlar barədə məlumat yoxdur.

“Əvvəllər də qeyd etdiyimiz kimi, Çinlə kommunikasiya kanallarını açıq saxlamağın vacib olduğuna inanırıq. Biz Çinlə strateji rəqabətdən danışsaq da, Çinlə ikitərəfli əlaqələri vacib hesab edirik və bu dəyişməyib. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik”, – deyə Jan-Pyer əlavə edib.

Əvvəlki məqalə

ABŞ İrana yardım edən şirkətlərə sanksiyalar tətbiq edib

Sonrakı məqalə

Sərbəst güləş üzrə Azərbaycan millisi dördüncü dəfə Avropa çempionu olub