Bayden iri yardım paketi ilə bağlı gecikməyə görə Zelenskidən üzr istəyib

ABŞ lideri Co Bayden Konqresdə təsdiqlənməsi bir neçə ay uzanan genişmiqyaslı yardım paketi ilə bağlı gecikməyə görə Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəyib.

Azpost.info xəbər verir ki, Fransada səfərdə olan Bayden bunu Zelenski ilə görüşündə bildirib.

“Bu qanun layihəsinin qəbulunda problemlərlə üzləşdiyimiz üçün vəsaitin ayrılıb-ayrılmayacağının bəlli olmadığı həftələr üçün üzr istəyirəm”, – ABŞ prezidenti bildirib.

O, yenidən Ukraynaya dəstək vəd edib və ABŞ-ın Kiyevi yardımsız qoymayacağına söz verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.