Bayden Pentaqona rəhbərlik edəcək namizədin adını açıqladı –

FOTO
09 Dekabr 2020 - 23:42

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Bayden Pentaqona rəhbərlik edəcək namizədinin adını açıqlayıb.

Azpost.info bildirir ki, Bayden bu posta general Lloyd Ostinin namizədliyini irəli sürəcəyini bəyan edib.

Bayden Ostini “görünməmiş igidlik lideri” adlandırıb və bir çox illər ərzində onunla sıx işlədiyini xatırladıb: “Fikrimcə, ölkəmizin tarixinin bu anında bu iş üçün o ən münasib adamdır”.

Baydenin sözlərinə görə, Ostin orduda çox mürəkkəb logistik tapşırıqları yerinə yetirib, minlərlə ABŞ əsgərini vətənə qaytarıb. Ostin hərbiçilər və müttəfiqlər arasında hörmət qazanıb.