Bayden Pentaqona rəhbərlik edəcək namizədin adını açıqladı –FOTO

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Bayden Pentaqona rəhbərlik edəcək namizədinin adını açıqlayıb.

Azpost.info bildirir ki, Bayden bu posta general Lloyd Ostinin namizədliyini irəli sürəcəyini bəyan edib.

Bayden Ostini “görünməmiş igidlik lideri” adlandırıb və bir çox illər ərzində onunla sıx işlədiyini xatırladıb: “Fikrimcə, ölkəmizin tarixinin bu anında bu iş üçün o ən münasib adamdır”.

Baydenin sözlərinə görə, Ostin orduda çox mürəkkəb logistik tapşırıqları yerinə yetirib, minlərlə ABŞ əsgərini vətənə qaytarıb. Ostin hərbiçilər və müttəfiqlər arasında hörmət qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan üç hərbi əsiri Ermənistana qaytarıb

Sonrakı məqalə

Əfsanəvi futbolçu Paolo Rossi 64 yaşında vəfat edib