Bayden Rusiyadan qaz idxalını qadağan edən qanunu imzalayıb

ABŞ prezidenti Co Bayden Rusiyadan enerji idxalını qadağan edən və Rusiya ilə Belarusla normal ticarət münasibətləri dayandıran qanunu imzalayıb.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

ABŞ Konqresi tərəfindən təsdiqlənmiş qanun layihəsində Rusiya və Belarusla normal ticarət əlaqələrin dayandırılması, Ukraynadakı vəziyyət fonunda Rusiyadan enerji idxalının qadağan edilməsi nəzərdə tutulurdu.

ABŞ administrasiyasının bəyanatına görə, söhbət Rusiyanın enerji daşıyıcılarının tədarükünü qadağan edən “Rusiya neftinin idxalına xitam verilməsi haqqında qanun”, eləcə də “Rusiya neftinin idxalının dayandırılması haqqında qanun”dan gedir.

Ticarət əlaqələrinin dayandırılması  ABŞ administrasiyasına digər ÜTT üzvləri ilə müqayisədə daha yüksək tariflər tətbiq etməyə imkan verir.

Bu tədbir 2024-cü ilin əvvəlinə qədər qüvvədə olacaq.

Əvvəlki məqalə

“Yeltsinə və Putinə NATO-ya üzv olmağı təklif etmişdim” –

Sonrakı məqalə

Aktyor Uill Smitə “Oskar” mərasimlərində iştirak qadağan edildi