Bayden Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək

ABŞ-nin vitse-prezidenti Kamala Harris iyunun 15-də Ukrayna üzrə Sülh Sammitində iştirak etmək üçün İsveçrənin Lütsern şəhərinə yola düşəcək.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, vitse-prezident Bayden-Harris administrasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi üçün Ukraynanın səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.

Vitse-prezident “özünü davam edən Rusiya təcavüzündən qorumaq üçün Ukrayna xalqına dəstəyini” təsdiqləyəcək.

Kamala Harrislə bərabər Ukrayna üzrə Sülh Sammitində ABŞ-ni Prezidentin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan təmsil edəcək.

Əvvəlki məqalə

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

Sonrakı məqalə

TƏBİB-dən tərsanədə 5 nəfərin ölümü ilə bağlı