ABŞ Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi ayırar.
Azpost.info xəbər verir ki, bu barədə Fransada səfərdə olan ABŞ prezidenti Co Bayden bildirib.
“Mən artıq altı yardım paketi elan etmişəm ki, bu da xeyli vəsaitin ayrılmasını nəzərdə tutur. Bu gün mən sizə elektrik şəbəkəsini də qorumağa kömək edəcək 225 milyon dollarlıq əlavə paket imzalayacağam”, – Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə bildirib.
ABŞ rəsmiləri biıdiriblər ki, yeni paket elektrik şəbəkəsini qorumağa qadir olan hava hücumundan müdafiə silahları da daxil olmaqla döyüş sursatları üçün nəzərdə tutulub.
Azpost.info