Bayden və Zelenski bir saat telefonla danışıb

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden ilə Vladimir Zelenski arasında telefon söhbəti olub.

Bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığı zamanı Co Bayden Ukraynaya hərbi yardımın bundan sonra da davam edəcəyini bildirib.

Məlumata görə, danışıq 1 saata yaxın davam edib.

Zelenski telefon danışığı ilə bağlı “Twitter” hesabında yazıb ki, Co Baydenlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəlinib. (APA)

Əvvəlki məqalə

“Normallaşmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları təşkil edir”-

Sonrakı məqalə

“Təxribat davam edərsə, Kiyevi vuracağıq” –