“Normallaşmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları təşkil edir”-XİN

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları təşkil edir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, ötən həftə Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə məlum razılaşmaların həyata keçirilməsi ilə bağlı olan bütün kompleks məsələləri müzakirə etdiyini xatırladıb:

“Bu mövzu aprelin 8-də Moskvada Rusiya və Ermənistan XİN başçılarının danışıqlarında, eləcə də Rusiya xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə telefon danışığı zamanı da diqqət mərkəzində olub. Bu təmaslarda əsasən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələlərinə toxunulub. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər cür köməyi etməyə davam edəcək”.

Əvvəlki məqalə

Məhkəmə Rafael Cəbrayılovun qardaşını azadlığa buraxıb

Sonrakı məqalə

Bayden və Zelenski bir saat telefonla danışıb