“Bayden xəstə deyil…” –Ağ Evdən açıqlama

ABŞ prezidenti Co Bayden demensiya və ya Alzheimer xəstəliyindən əziyyət çəkmir.

Azpost.info bildirir ki, bu barədə  Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Cavabı eşitməyə hazırsınız?  Yox” -deyə Jan-Pyer jurnalistin müvafiq sualına cavabında bildirib.

Baydenin seçkiqabağı debatlarda zəif çıxışını şərh edən Ağ Evin sözçüsü bunun “sadəcə uğursuz bir axşam olduğunu” deyib.

Çərşənbə axşamı günü ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Badenin fiziki qabiliyyətləri ilə bağlı deyilənlərə debatdan sonra inandığını söyləyib. “Düşünürəm ki, bu, qanuni sualdır: Bu, sadəcə bir uğursuz epizod idi, yoxsa bu, onun ümumi vəziyyətidir? İnsanlar bu sualı verəndə tamamilə haqlıdır”, – “Politico” Pelosinin sözlərindən sitat gətirir.

Eyni zamanda, Nümayəndələr Palatasının keçmiş sədri qeyd edib ki, Trampın səhhəti ilə bağlı bu cür şübhələr də ədalətlidir.

Əvvəlki məqalə

“Bu qərar mənə qarşı “əcinnə ovu”na son qoyacaq” –

Sonrakı məqalə

Ukrayna Rusiyanın 3 regionuna PUA-larla hucum edib