Baydenin “Putini 40 ildir tanıyıram” sözü Kremli heyrətləndirib

ABŞ prezidenti Co Baydenin prezident Putini 40 ildir tanıdığını deməsi Kremldə təəccüblə qarşılanıb.

Azpost.info TASS-a istinadən bildirir ki, Putinin mətbuat katibi Peskov jurnalistlərin bununla bağlı sualına cavabında deyib ki, bunu Baydendən soruşmaq lazımdır: “Özündən soruşun görək, Putini 40 ildir hardan tanıyır”.

Bayden növbəti dəfə Putin haqqında təhqiramiz ifadələr işlədib.  Bundan əlavə, Amerika lideri bildirib ki, Rusiya prezidenti onu 40 ildir “narahat edir”. Eyni zamanda Bayden Rusiya prezidentini bu qədər uzun müddət necə tanıdığını dəqiqləşdirməyib.

Putin deyib ki, Bayden ABŞ prezidenti olaraq Donald Trampdan çox Rusiyaya üstünlük verəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.