Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett Makqurk prezident Co Baydenin krallığa səfərinə hazırlıq üçün Səudiyyə Ərəbistanına gedib.
Azpost.info xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidentinin səfəri iyulun 15-nə planlaşdırılıb.
Bayden İsrail və İordan çayının qərb sahilinə səfərindən dərhal sonra Səudiyyə Ərəbistanına yollanacaq. Səfərin mövzusu Yaxın Şərqin bir sıra ölkələrinin liderləri ilə sammitə hazırlıq, həmçinin Səudiyyə Ərəbistanının neft hasilatına ehtiyacı və Səudiyyə ilə İsrail arasında münasibətlərin normallaşdırılması olacaq.
“The Wall Street” Journal Ukraynada hərbi əməliyyatın başlaması fonunda ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginliyin tarixdəki ən yüksək həddinə çatdığını yazmışdı. Bununla əlaqədar Səudiyyə tərəfi Pentaqonun rəhbəri Lloyd Ostinin ölkəyə səfərini ləğv etmişdi.
Azpost.info