“Baydenlə Putinin danışığında prinsipial dəyişiklk baş vermədi”-Ağ Evdən açıqlama

“Prezident Bayden şənbə günü keçirilən telefon danışığında Putinə bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Qərbin qəti və cəld cavab reaksiyası ilə üzləşəcək, kütləvi əzab gətirəcək və dünyada Moskvanın mövqeyini zəiflədəcək”.

Azpost.info bildirir ki, bu barədə Röyter danışıqların detalları barədə yaydığı məlumatda deyilir.

Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, telefon danışığı peşəkar və predmet üzrə olub, amma prinsipial dəyişiklik baş verməyib.

“Bayden Putinə deyib ki, ABŞ diplomatik danışıqlara, həmçinin “digər ssenarilərə” hazırdır“-deyə Ağ Evdən bildiriblər.

Administrasiya rəsmisi deyib ki, tərəflər ABŞ-ın qaldırdığı bütün məsələlər barədə açıq danışıblar. Yüksək çinli məmurun sözlərinə görə, Putinin diplomatik yola getməyə hazır olub-olmadığı aydın deyil.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kreml Putin və Bayden arasındakı söhbətin təfərrüatlarını açıqladı

Sonrakı məqalə

Səbaildə 2 polis əməkdaşı bıçaqlandı, cinayətkar qaçdı