Bayraktardan ABŞ aliminin Qarabağla bağlı açıqlamasına sərt reaksiya:"Biz torpaqlarımızı geri aldıq" (FOTO)

Türkiyənin “Bayraktkar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MİT) professoru Maks Teqmarkın onunla bağlı səsləndirdiyi tənqidinə sərt cavab verib.

Bayraktar bu barədə Tvitter hesabında paylaşım edib.“MİT-də işləyən adını ilk dəfə eşitdiyim alim Qarabağ hərəkatı dönəmində bir müsahibədə “Selçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” deyib.  Utanmalı olduğunuz şey törətdiyiniz soyqırımı və qətliamlardır. Biz torpaqlarımızı geri aldıq. Bundan ancaq qürur duyarıq!”, – o qeyd edib.

Bayraktar MİT-də doktorantura təhsili alıb. O, burada pilotsuz helikopter sistemləri üçün avtomatik uçuş idarəetmə alqoritmləri sahəsində tədqiqatlar aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlk növbədə sərhədlər açılmalıdır” –

Sonrakı məqalə

Səudiyyənin Yəmən paytaxtına aviazərbələri nəticəsində 23 nəfər ölüb