Səudiyyənin Yəmən paytaxtına aviazərbələri nəticəsində 23 nəfər ölüb

Ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələr nəticəsində ölənlərin sayı 23-ə çatıb.

APA “Əl-Mayadeen” telekanalına istinadən xəbər verir ki, qurbanlar arasında qadınlar və uşaqlar, eləcə də tam ailələr də var.

Əsasən Yəmən paytaxtının şimal-qərbində “Ənsar Allah” şiə hərəkatının nəzarətində olan Əl-Libi yaşayış məntəqəsi havadan hücuma məruz qalıb.

Telekanalın məlumatına görə, beş yaşayış binası tamamilə dağılıb, onlarla binaya ziyan dəyib.

Dağıntılar altında hələ də insanlar var. Davam edən hava reydləri səbəbindən təcili yardım maşınları zərər çəkmiş əraziyə daxil ola bilməyib. Həmçinin, bu səbəbdən hadisə yerində çalışan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayraktardan ABŞ aliminin Qarabağla bağlı açıqlamasına sərt reaksiya:

Sonrakı məqalə

Rusiya Ukraynadan diplomatlarını çıxarır