Bayram günləri karantin qaydalarını pozanlara qarşı tədbirlər görüləcək –DİN-dən xəbərdarlıq

“Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq”.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir: “Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

61 rayonda və Naxçıvanda payızlıq əkin aparılır –

Sonrakı məqalə

Vətəndaşları saxta yolla onlayn icazə qeydiyyatından keçirən MMC rəhbəri saxlanılıb –