BBC-nin müxbiri Türkiyədən deport edilib

Türkiyə hakimiyyəti İstanbul meri Ekrem İmamoğlunun həbsindən sonra etiraz aksiyalarını işıqlandıran BBC müxbirini deportasiya edib.

AzPost bildirir ki, bu barədə Britaniya Yayım Korporasiyasının Telegram kanalında məlumat verilib.

Martın 26-da saxlanılan jurnalist İstanbulda polis bölməsinə aparılıb və orada bir neçə saat qalıb. Daha sonra ona “ictimai asayiş üçün təhlükə yaratdığına” görə deportasiya ediləcəyi bildirilib. Müxbirin adı açıqlanmır.

Türkiyədə kütləvi etirazlar martın 19-da İstanbul merinin və onun komandasının üzvlərinin “mənfəət məqsədilə cinayət təşkilatı yaratmaq” ittihamı ilə saxlanılmasından sonra başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.