BƏƏ prezidenti gələn həftə Rusiyaya rəsmi səfərə gedəcək

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan oktyabrın 21-də Rusiyaya rəsmi səfərə gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

BƏƏ prezidenti Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində iştirak edəcək. Eyni zamanda Rusiya prezidenti Vladimir Putin və Məhəmməd bin Zayed Əl Nəhyan arasında da danışıqlar baş tutacaq.

“Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət müzakirə olunacaq”, – Kremldən bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.