“Belə getsə ölkədə zəlzələ üzrə alim tapılmayacaq” –AMEA-nın prezidenti

“Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər:

“Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq”. (APA)

Əvvəlki məqalə

Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib

Sonrakı məqalə

“İşə götürmək üçün direktora səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır” –