“Belarus heç vaxt Rusiyadan üz döndərməyib”- LUKAŞENKO

Belarus Rusiya ilə qarşılıqlı əlaqə və əməkdaşlıqla bağlı dəfələrlə seçim qarşısında qalıb, lakin ölkə heç vaxt öz müttəfiqindən üz döndərməyib.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz dəfələrlə seçim qarşısında olmuşuq, lakin biz heç vaxt Rusiyadan üz döndərməmişik” – Lukaşenko bildirib.

O qeyd edib ki, belaruslar Rusiya və onun rəhbərliyi tərəfindən göstərilən dəstəyi görür və yüksək qiymətləndirirlər və Belarus etibarlı müttəfiqdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.