“Belarusa qarşı aqressiv ssenarilər fəlakətli nəticələrə gətirib çıxaracaq”- Rusiya XİN

Belarusa qarşı aqressiv ssenarilərin həyata keçirilməsi həm Ukrayna, həm də onun sponsorları üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Ukrayna tərəfinin Belarus sərhədində davamlı təxribatlarından xəbərdardır.

XİN rəsmisi qeyd edib ki, NATO-nun Rusiya və Belarusla həmsərhəd olan ölkələrində də hərbi aktivlik var, təlimlər keçirilir, hərbi kadrların fəal təlimi davam edir.

Zaxarova əlavə edib ki, Minskə qarşı istənilən aqressiv ssenarilərin praktiki şəkildə həyata keçirilməsi təkcə neonasist Ukrayna üçün deyil, həm də onun sponsorları üçün fəlakətli nəticələrlə doludur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.