Belarusda cavab qüvvələrinin hazırlığının qəfil yoxlanılmasına başlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Tapşırıqların yerinə yetirilməsinə hazırlığın yoxlanılması məqsədilə Belarus Silahlı Qüvvələrinin 465-ci raket briqadasının bir raket batalyonu daimi dislokasiya məntəqəsindən təyinat rayonuna hərəkət edir”, – məlumatda bildirilir.
“Belta” yazır ki, yoxlamaya cəlb olunan qüvvələrin tərkibi tədricən artırılacaq. O da qeyd olunur ki, bu yoxlama Avropa və qonşu ölkələr üçün heç bir təhlükə törətməyəcək.
Azpost.info