Müxalifət fəalları İrəvanda Kiyev körpüsünü bağlayıblar

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən fəallar İrəvanda Kiyev körpüsünü bağlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri gəlib, körpünü azad etməyə və avtomobillərin hərəkətini açmağa çalışıblar. Agentliyin məlumatına görə, vəziyyət gərgin olaraq qalır. Müxalifətin aksiyaları gün ərzində davam etdirmək niyyətində olduğu bildirilir. Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkə boyu etiraz aksiyaları keçirir.

Etirazçılar hakimiyyətin siyasətinin Ermənistan üçün destruktiv xarakter daşıdığını və dövlətçiliyə təhdid olduğunu hesab edirlər.

Azpost.info

Əvvəlki məqalə

Belarusda raket batalyonunun qəfil hazırlığına başlanılıb

Sonrakı məqalə

Avropa Komissiyasının Prezidenti Rusiyaya qarşı yeni sanksiya paketini açıqlayıb