Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb –

Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb.

Azpost.info xəbər verir ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının beynəlxalq komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxil olub. Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Aleksiy Reznikov, Ukrayna Ali Radasında “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak daxildir. Zelenskinin ofisi atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasını Rusiya ilə danışıqların əsas mövzusu adlandırıb. Putinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın tələblərini danışıqlardan əvvəl açıqlamaq istəməyib. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskva birjasında dollar 109 rublu, avro isə 120 rublu ötüb

Sonrakı məqalə

Hakerlər Kremlin telefon bazasını ələ keçirib –