Belçika Rusiyaya aparılan min bahalı avtomobili saxlayıb –196 milyard avroluq əməliyyat bloklanıb

Belçika hökuməti Rusiyanın ümumi dəyəri 196,4 milyard avro olan maliyyə əməliyyatlarını bloklayıb.

Azpost.info xəbər verir ki, bu barədə Belçikanın maliyyə naziri Vinsent Van Petegem məlumat verib.

Eyni zamanda ölkə Avropa İttifaqının sanksiyalarına məruz qalmış 877 fiziki və 62 hüquqi şəxsə məxsus 2,7 milyard avroluq aktivləri dondurub.

Belçika gömrüyü isə satış üçün Rusiyaya gedən min ədəd dəbdəbəli avtomobilin qarşısını kəsib. Həmçinin limanlarda 23 mindən çox konteyner yoxlanılıb: “Sanksiyalardan yayınaraq Rusiyaya göndərilən dəbdəbəli malların olduğu üç konteyner müəyyən edilərək götürülüb”.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanla sülh müqaviləsinə Türkiyə və Fransa qarant ola bilər” –

Sonrakı məqalə

Kreml Bakı və İrəvanın sülh danışıqlarına başlamaq niyyətini alqışlayır