“Belə getsə ölkədə zəlzələ üzrə alim tapılmayacaq” –AMEA-nın prezidenti

“Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər:

“Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq”. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.