Tehranda xarici işlər nazirlərinin Cənubi Qafqaz üzrə “3+3” formatında görüşü başlayıb.
Azpost.info xəbər verir ki, iclasda beş ölkənin – Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian, Hakan Fidan və Ararat Mirzoyan və iştirak edir.
Gürcüstan tərəfi görüşdə iştirakdan imtina edib.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb və sonradan “3+3” kimi tanınıb. Rusiya və İran bu ideyanı alqışlayıb və Ermənistan da bu formata qoşuldu.
Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bildirib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.
Azpost.info