Beyləqanda tanışlar bir-birini güllələyib

Beyləqanda tanışlar arasında silahlı insident yaşanıb.

Hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.

1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun yaşadığı evin qarşısına gələrək ona istintaqa məlum olmayan silahla bir dəfə atəş açaraq ona “sağ diz oynağının güllə yarası” xəsarəti yetirib.

Axundov Samir Ənvər oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.