Beynəlxalq müşahidəçilər üçün MSK-ya müraciət vaxtı açıqlandı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi 2020-ci il yanvarın 30-dək başa çatacaq.

Bu, MSK-nın təsdiq etdiyi “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq  (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilrilməsinə 10 gün qalanadək ərizələrini MSK-ya təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrini seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət fevralın 4-dək  olan dövrü əhatə edir. (APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

9 yaşlı universitet tələbəsi hamını heyrətlənidib –

Sonrakı məqalə

SSRİ DAĞILDIĞI GÜN YELTSİN VƏ QORBAÇOV ABŞ PREZİDENTİ İLƏ NƏ DANIŞIB? –