Beynəlxalq Valyuta Fondu Gürcüstana 111 milyon dollar ayırdı

13 Aprel 2021 - 01:13

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana yenidən maliyyə yardımı edəcək. Fond əlavə olaraq Gürcüstana təxminən 111 milyon ABŞ dolları ayırıb.

Bu barədə ölkənin Milli Bankı məlumat verib.

Bildirilib ki, həmin vəsait Gürcüstanda iqtisadiyyatın bərpasına yönəldiləcək.

Bankın məlumatına əsasən, koronavirus pandemiyası səbəbindən Gürcüstan iqtisadiyyatı ötən il 6,2 faiz azalıb.

Proqnoza əsasən, iqtisadiyyatın bərpası bu ilin II rübündən etibarən başlayacaq.