“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ixtisas qrupu dəyişdirilir –RƏSMİ

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi bildirir ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təkliflər əsasında qərar layihəsi hazırlanıb və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alınaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur.

Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev azad edilmiş Qubadlı rayonuna gedib –

Sonrakı məqalə

“Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının inteqrasiyasında qərarlıdır”