Biləsuvarda baş verən qəzada yol idarəsinin əməkdaşı ölüb

Biləsuvarda baş verən qəzada yol istismar idarəsinin əməkdaşı ölüb.

Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əvvəlki məqalə

“Ata-anam lal-kar olduğuna görə məni almadılar”-

Sonrakı məqalə

Əhalidə 17 milyon ədəd ödəniş kartı var