Biləsuvarda partlayış olan binanın dağıntıları altndan iki nəfər çıxarılıb

Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğundan APA-ya bildirilib ki, prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Biləsuvarda partlayış baş verən binada dağıntılar altından çıxanların şəxsiyyəti məlum olub.

Onlar Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.

 

 

Əvvəlki məqalə

Azərbaycanda 5 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Ərdoğanla Bəşər Əsədin görüşünə hazırlıq gedir