Bill Qeyts boşandıqdan sonra keçmiş arvadına nə qədər pul ödəyib? –

MƏBLƏĞ
16 May 2021 - 09:09

Amerikalı multimilyarder Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda boşandıqdan sonra üç milyard dollar alıb.

Bu barədə “Bloomberq” məlumat verib.

Məlumata görə, Melindanın “Deere&Co” şirkətinin hesabına keçmiş ərinin “Cascade Investment” firmasından üç milyard dollar vəsait köçürülüb. Bu məbləğ səhmlərlə ödənilib.

Hazırda Qeytslərin ümumi sərvəti 145 milyard dolar həcmində qiymətləndirilir.