Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Astanada çoxmərtəbəli binada yanğın baş verib

Sonrakı məqalə

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib