“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı –VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bu barədə  FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.

 

Əvvəlki məqalə

İsrail XİN başçısı ilə görüşən Liviyalı nazir vəzifədən azad edilib

Sonrakı məqalə

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır