Kriptovalyuta birjası “Binance” Rusiyadakı istifadəçilərə öz platformasından vəsait çıxarmaq və hesablarını köçürmək üçün son xatırlatma göndərib.
Azpost.info xəbər verir ki, birjanın xəbərdarlığına əsasən, 29 dekabr 2023-cü il tarixindən etibarən yeri Rusiya ərazisində müvəqqəti və ya daimi olaraq müəyyən edilmiş istifadəçilərin bütün açıq hesabları mərhələli şəkildə bağlanacaq.
Ruslardan platformada əməliyyatlarda iştirakını dayandırmaq və vəsaitləri geri götürmələri xahiş olunur.
Kriptovalyuta birjasından gələn məktubda rus istifadəçiləri öz hesablarını və vəsaitlərini CommEX kriptovalyuta birjasına və ya digər platformalara köçürməyə dəvət olunur. CommEX saytında verilən açıqlamaya görə, bu şirkət keçmişdə “Binance”ın Rusiya biznesini satın alıb və həmçinin kriptovalyutanın “keçmiş veteranlarını” işə götürüb.
Azpost.info