Bir ay axtarışda olan gənclər danışdı –"Atama dedim ayıb nə iş görmüşəm?" - VİDEO

İyulun 9-da İsmayıllıda valideynləri tərəfindən axtarışa verilən Ağaverdi Xəlilov və Aytac Mayılova Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin qonağı olublar.

Baku Tv  xəbər verir ki, itkin düşdüyü deyilən Ağaverdi Xəlilov bəzi məqamlara aydınlıq gətirib. 19 yaşlı gənc bildirib ki, bir-birilərini dörd ildir tanıyırlar: “Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı istəyirəm, elçi gedək. Ancaq valideynlərim 19 yaşım olmasına baxmayaraq yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik.

Ağaverdi Xəlilov bir müddət ailəsindən uzaq olmaq istədiyini deyib: “Atam dedi ki, utanmırsan mənə zəng edirsən? Mən də dedim ki, ayıb iş görməmişəm. Özüm vaxtı çatanda onların yanına gedəcəyəm. Tək xahişim odur ki, məni narahat etməsinlər”.

Əvvəlki məqalə

Mərkəzi Bank xaricə pulköçürmələrdə gündəlik limiti ləğv edib

Sonrakı məqalə

Sabah 42 dərəcə isti olacaq