Bir milyard dollar gəlir gətirən “Barbi”nin ikinci hissəsi çəkiləcək

“Barbi” filminin prodüserləri filmin ikinci hissəsinin hazırlanmasına başlayıblar.

Azpost.info bildirir ki, bu barədə bu barədə Britaniyanın “The Sun” qəzeti kino sənayesindəki mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, bu ideya hələ ilkin mərhələdədir. Kino bossları birinci hissəni çəkən serialın davamı üçün eyni komandanı cəlb etmək istəyirlər.

Xatırladaq ki, “Barbi” komediyasının premyerası iyulun 21-də olub. Ekrana çıxdıqdan sonra ilk üç həftə ərzində film bir milyard dollardan çox gəlir əldə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.