Bir barel neftdən nə istehsal etmək olar?

XIX əsrin ikinci yarısında neft hasilatının sürətli inkişafı neftin saxlanması və daşınması üçün qabların kəskin çatışmazlığına səbəb olmuşdu. Neftin qiymətini bir çəlləyə görə təyin etmək əlverişli olduğundan, müxtəlif ölçülü qablardan istifadə alıcılarda böyük narahatlıq yaradırdı.

1866-cı ildə Amerikanın müstəqil neft sənayeçiləri bir araya gələrək, neftin istehlakçılara çatdırılması üçün standart qablardan istifadə məsələsini müzakirə etdilər. Qərara alındı ki, bir barel neft – 159 litr neft deməkdir.

Bəs bir barel neftdən nə istehsal etmək olar?

Emal prosesi zamanı neftin 4 litri itkiyə gedir. Bir barel neftdən 16 litr benzin, 32 litr dizel yanacağı, 24 litr təyyarə yanacağı, 1 litr motor yağı, 1,5 kiloqram kömür, 12 balon propan, 170 ad günü şamı, 27 rəngli karandaş, 540 diş fırçası, 750 cib darağı, 39 polyester köynək, 23 gimnastika halqası, 135 rezin top, 11 telefon korpusu və sair almaq mümkündür.

Neftin “qara qızıl” adlandırılması əbəs yerə deyil. Neft həqiqətən də sənaye bolluğu mənbəyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda rəsmi milyonçular niyə yoxdur? –

Sonrakı məqalə

Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşları 20 faiz artırıldı –