“Bir-birimizin suverenliyinə hörmət etməliyik”- Rusiya prezidenti

Ümumbəşəri sülhü yalnız hər bir dövlətin və xalqın fikrini nəzərə almaqla təmin etmək olar.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistandakı beynəlxalq forumda deyib.

Rusiya lideri bir-birinin adət-ənənələrinə və suverenliyinə hörmət etməyə çağırıb.

“Biz əminik ki, ümumbəşəri sülhü və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursu, dünyagörüşü, adət-ənənələri və dini ideyaları ilə bağlı fikirlərinə hörmət etməklə təmin etmək olar”, – Putin bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.