Bir sıra hərbi qulluqçulara “general-mayor” ali hərbi rütbəsi verildi –

SƏRƏNCAM (ADLAR)
07 Dekabr 2020 - 15:14

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

polkovnik Anar Təvəkkül oğlu Kərimova

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

polkovnik Zaur Sabir oğlu Məmmədova.

Azərbaycan Silhalı Qüvvələrinin zabiti Ağamir Sultanov Müdafiə Nazirliyi Raket, artilleriya qüvvələrinin komandanıdır. 2016-cı il aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Anar Kərimov Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisidir, Namiq İslamzadə isə  Hərbi Hava Qüvvələrinin (HHQ) zabitidir.