“Biri qəzaya uğrayıb, biri vurulub”- Moskvaya dron hücumu ilə bağlı AÇIQLAMA

“Moskva vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələrdən biri radielektron mübarizə vasitələri ilə məhv edilib”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İdarəetməni itirən PUA Ruzski rayonunun Pokrovskoye kəndi yaxınlığında qəzaya uğrayıb. İtki yoxdur”, – nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələrinin vurduğu ikinci pilotsuz təyyarənin məhv edilməsi barədə də məlumat yayıb.

Azpost.info

Əvvəlki məqalə

Masallıda “Nuhdan qalan” işıq dirəkləri –  

Sonrakı məqalə

Ölkədə dollara tələbat niyə artıb? –