“Birinci Qarabağ müharibəsində qəhrəmanlar çox, ordu yox idi, bunu demək istəmişəm”-

Çingiz Abdullayev aydınlıq gətirdi
02 Noyabr 2021 - 13:52

“Birinci Qarabağ müharibəsində cəbhədə könüllü batalyonlarımız vuruşurdu. O müharibədə nə qədər şəhid verdik. 44 günlük müharibədə 3 minə yaxın şəhid vermişik. İkinci müharibədə birincidən fərqli olaraq bizim peşəkar ordumuz, imkanlarımız və siyasi iradə nümayiş etdirən prezidentmiz olub. Ona görə bu sözləri demişəm”.

Azpost.info bildirir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev narazalıq doğurmuş çıxışına aydınlıq gətirərkən deyib. Qeyd edək ki, Ç Abdullayev Sumqayıtda imza günü ilə bağlı çıxışında “birinci Qarabağ müharibəsi olmayıb” ifadəsini işlədib.

Çingiz Abdullayev deyib ki, o belə idda ilə çıxış etməyib: “Sumqayıtda oxucularla görüşümdə müharibədən danışdıq. Orada danışanda dedim ki, ötən il Rusiya telekanallarında çıxış edərkən ermənilər mənə dedilər ki, siz “ticarətçi xalqsız, biz isə əsgər xalqıyıq. Buna görə birinci Qarabağ müharibəsində sizə qalib gəlmişik.

İndi bəziləri qəsdən deyir ki, Çingiz şəhidlərə hörmətsilik edir. Bu yalandır. Birinci Qarabağ müharibəsindəki Şəhidlərimizin arasında mənim Ağdamda, Füzulidə həlak olan qohumlarım, Şuşada şəhid olan qardaşım var. Bütün şəhidlərimizə rəhmət diləyirəm, onların hamısı qəhrəmanlardır. Onlar silahsız, tanksız, topsuz düşmənə qarşı mübarizə aparırdılar. Təkcə Ağdam altı min şəhid verib. 

Mən bu müharibələrin eyniliyi barədə deyilənlərlə nə üçün razılaşmıram? Çünki 30-40 ildən soran nəvələrimiz soruşacaqlar: Nə üçün ordumuz Xocalını yaxınlaşan düşməndən müdafə edə bilməyib? Ona görə ki, o zaman ordumuz olmayıb. Qəhrəmanlar çox idi, neçə min şəhidimiz oldu. Amma o zaman mərhum Heydər Əliyev gəlməsəydi bəlkə daha çox itirərdik.

Biz o zaman Bakıda hakimiyyət uğrunda mübarizəni fikirləşirdik. Cəbhədə isə könüllü batalyonlarımız vuruşurdu.

O görüşdə iştirak edənlərdən soruşun ki mən necə danışmışam”-deyə məşhur yazıçı qeyd edib.