Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı xalqı təbrik etdi

18 Oktyabr 2019 - 10:08

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram”.