“Bizim dövr” qəzetinin baş redaktoru həbs edilib

“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham verilib.

Onun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.