“Bizimlə ultimatumla danışa bilməmələri üçün ordu daim yüksək döyüş hazırlığında olmalıdır”- NAZİR

İstənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır.

Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında deyib.

Müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini də qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.