“Biznesmenlərin qazancından pensiya vergisi tutulsun” –Ekspertdən təklif

Şəffaflığın artırılması və kölgə sektorunun azaldılması məqsədilə vergi islahatı əslində vergi ödənişlərinin azalmasına səbəb oldu.

Bu fikri vergi sahəsində ekspert Rəşad Həsənov Turan agentliyinin “Çətin sual” proqramına müsahibəsində söyləyib. İslahatlar çərçivəsində bir çoxları fiziki şəxs vergi ödəyiciləri oldular. Bu, prosesi asanlaşdırmaq əvəzinə mühasibatlığı çətinləşdirdi. Dövriyyənin leqallaşdırılması və vergi ödəyicilərinin dairəsinin kiçildilməsi ideyası vergi hesabatlılığının elektron sisteminin sadələşdirilməsini tələb edir.

Ekspert icbari sosial sığorta ödənişlərinin minimum əməkhaqqı ilə əlaqələndirilməsini düzgün hesab etmir. Belə ki, bir il öncə icbari ödənişin məbləği 26 manat idi. Lakin minimum əməkhaqqının  artması və sosial fonda icbari ödənişlərin 25% -dək artması ilə əlaqədar bu gün pensiya sisteminə ayırmalar 62,5 manat təşkil edib.

Əslində 200 manat və 10 min manat gəliri olanlar eyni məbləği – 62,5 manatı ödəyirlər ki, bu da normal deyil. Buna görə də ekspert sahibkarın dövriyyəsindən pensiya vergisinin tutulmasını təklif edir.

Məsələn, bu vergini dövriyyənin 2%-i həcmində təyin etmək olar. Əks halda vətəndaşlara çox zərər olacaq, çünki kiçik biznesdə nəzərəçarpacaq gəlir artımı yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə BDU-nun yubiley medalı ilə təltif olunub –

Sonrakı məqalə

Sovet rəhbəri Atatürkü nə üçün hirsləndirmişdi? –